10 Dekabr 2015 12:22
643
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin GUAM Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Azər Kərimli və deputat Əli Məsimli qurumun 8-ci sessiyasında iştirak etmək üçün bu gün Ukraynanın paytaxtı Kiyev şəhərinə səfər edəcək.

Teleqraf.com xəbər verir ki, tədbirdə “Regionda təhlükəsizlik: GUAM-a üzv dövlətlər arasında əlaqələrin siyasi-hüquqi aspektləri”, “Qafqaz-Şərqi Avropa enerji körpüsü: çağırışlar və gözləntilər”, “GUAM-a üzv ölkələrin iqtisadiyyatına xarici sərmayələrin cəlb edilməsi sahəsində təcrübə və perspektivlər” mövzuları ətrafında müzakirələr aparılacaq.

Sessiya çərçivəsində GUAM PA-nın Ticari-iqtisadi, Regional təhlükəsizlik, Elm, mədəniyyət, təhsil və ekologiya məsələləri komitələrinin iclasları və Büronun 9-cu toplantısı keçiriləcək.

Millət vəkilləri sessiyada müzakirə olunacaq məsələlər barədə öz fikirlərini açıqlayacaqlar. Deputat Əli Məsimli Ticari-iqtisadi məsələlər komitəsinin yığıncağında “GUAM çərçivəsində azad ticarət zonalarının fəaliyyətinin təkmilləşdirilməsində parlamentlərin rolu” məruzəsi ilə çıxış edəcək.

Nemət


Müəllif:

Oxşar xəbərlər