5 İyun 2014 16:48
887
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Hesab edirəm ki, Morninqstarın çıxışından sonrakı reaksiyaları Azərbaycan-ABŞ əlaqələrinin korlanması kimi dəyərləndirmək düzgün deyil”.

Bu sözləri Axar.az-a politoloq Vəfa Quluzadə Azərbaycanın Qərblə münasibətlərini şərh edərkən bildirib. O, Qərblə Bakının əlaqələrinin bundan sonra da inkişaf edəcəyini qeyd edib:

“Azərbaycan-Qərb əlaqələrinin bünövrəsi Heydər Əliyev tərəfindən qoyulub. Bu əlaqələr inkişaf edir və davam edəcək. Amma bu inkişafda zaman-zaman müxtəlif gərginliklər əmələ gəlir. Bu gərginliklərin aradan qaldırılması mümkün olan məsələlərdir.

Azərbaycan Müdafiə nazirinin səfərinə gəlincə isə bu, tam ağlabatan idi. Azərbaycan bütün qonşu dövlətlərlə sıx əlaqədə olmalıdır. Həm İran, həm Türkiyə, həm ABŞ... ABŞ-ı kənar hesab etmək lazım deyil. O, qlobal dövlət kimi hər regionun dövlətidir”.

Qeyd edək ki, bəzi ekspertlər son günlər Azərbaycan Qərbə yönəlik siyasətdən imtina edəcəyi ilə bağlı proqnozlar verirlər. Bəzi rusiyalı analitiklərin fikrincə, Azərbaycanın seçim imkanı genişlənib, ona görə də ölkə rəhbərliyi müxtəlif güclərlə görüşərək, öz milli maraqlarına uyğun dəyərləndirmə aparır.


Müəllif: