11 Dekabr 2015 10:09
703
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin Sədri Oqtay Əsədovun rəhbərliyi ilə nümayəndə heyəti Türkmənistanın paytaxtı Aşqabadda keçiriləcək beynəlxalq konfransda iştirak etmək üçün bu ölkəyə səfər edib.

Teleqraf.com xəbər verir ki, “Bitərəflik siyasəti: Sülh, təhlükəsizlik və inkişaf naminə beynəlxalq əməkdaşlıq” mövzusunda keçiriləcək tədbirdə Rusiya, Çin, Türkiyə, İran, Özbəkistan, Tacikistan, Qazaxıstan, Pakistan və digər ölkələrin nümayəndə heyətləri iştirak edəcəklər.

Konfransda əmin-amanlıq və inkişaf naminə beynəlxalq əməkdaşlığın müxtəlif aspektləri müzakirə olunacaq, mövzu ilə əlaqədar tədbir iştirakçılarının çıxışları dinləniləcək.

Səfər çərçivəsində Milli Məclis sədrinin konfransda iştirak edən nümayəndə heyətlərinin başçıları ilə bir sıra görüşləri də gözlənilir.

Aşqabadda keçiriləcək tədbirlərdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər də iştirak edəcəklər.

Nemət


Müəllif:

Oxşar xəbərlər