5 İyun 2014 17:04

“Ümid partiyasından istefa versəm də, “125-lər klubu”nda qalıb-qalmayacağıma hələ qərar verməmişəm”.

Bu sözləri Teleqraf.com-a Ümid Partiyasının sədr müavinliyindən və üzvlüyündən istefa verən Könül Quliyeva deyib.

K.Quliyeva Ümid sədri İqbal Ağazadənin ideyası olan “125-lər klubu”nda qalıb-qalmayacağına da aydınlıq gətirib:

“Bu barədə söhbət etmək üçün “125-lər”in sədri İlhamiyyə Rzayeva ilə görüşümüz nəzərdə tutulur. Onunla ətraflı müzakirələr aparacağam, son qərarımı isə həmin görüşdən sonra verəcəyəm. Ancaq orada qalmağa tərəddüd etdiyimi gizlətmirəm”.

Kəmalə


Müəllif:
Загрузка...