15 Dekabr 2015 23:15
572
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Son illərdə qlobal miqyasda iqtisadi inkişafın zəifləməsi fonunda Azərbaycan dünyaya dinamik sosial-iqtisadi inkişaf göstəriciləri ilə səciyyələnən fərqli və nümunəvi model təqdim edir. Belə ki, respublikamız qlobal risklərin ayrı-ayrı ölkələrdə ciddi fəsadlarla nəticələndiyi bir vaxtda da öz iqtisadi-maliyyə imkanlarını genişləndirməkdə davam edir”. Bu fikirləri Milli Məclisin deputatı Azər Badamov deyib.

A.Badamov bildirib ki, son 12 ildə ölkəmizin iqtisadiyyatı 3 dəfədən çox genişlənib ki, bu da kifayət qədər yaxşı göstəricidir. Onun sözlərinə görə, Azərbaycanın qlobal risklər şəraitində dinamik inkişaf templərini qoruyub saxlaması unikal hadisə olmaqla yanaşı, eyni zamanda, son illərdə ölkəmizdə reallaşdırılan məqsədyönlü siyasətin bəhrəsidir.

“Respublikamızın müasir dünya çağırışları və ölkənin reallıqları nəzərə alınmaqla müəyyənləşdirilən yeni inkişaf hədəfləri sırasında innovativ sənaye, kənd təsərrüfatı istehsalının artırılması, İKT sektorunun genişləndirilməsi mühüm yer tutur. Hazırda ÜDM-də qeyri-neft sektorunun payı 70 faizə çatıb. Qeyri-neft sektorunun ahəngdar inkişafı 2015-ci ildə də davam edib. Belə ki, cari ilin arxada qalan 9 ayı ərzində ölkəmizdə qeyri-neft sektorunda artım dinamikası 6 faizdən çox olmaqla ümumi iqtisadi inkişaf dinamikasını üstələyib”, – deyə A.Badamov qeyd edib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər