15 Dekabr 2015 17:43
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gündür ki, mətbuat və sosial şəbəkədə ən çox müzakirə olunan məsələlərdən biri də sabiq prezident Ayaz Mütəllibovun digər sabiq prezident Əbülfəz Elçibəy haqqında dediyi sözlərdir.

Xatırladaq ki, Ayaz Mütəllibov mətbuata açıqlmasında Əbülfəz Elçibəyi "primitiv millətçi" adlandırmış və onu satqınlıqda, Kəlbəcəri Ermənistana verməkdə ittiham etmişdi.

Mütəllibovun bu acıqlamasına xeyli sayda etiraz edənlər oldu. Bu gün isə BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı məsələnin digər tərəfinə diqqət çəkib.

O, Teleqraf.com-a bildirib ki, Ayaz Mütəllibova hər kəs etiraz etsə də, Əli Kərimli və Cəmil Həsənli bu məsələyə reaksiya verməyib: ”Ayaz Mütəllibov Əbülfəz Elçibəyi təhqir etdi. Ona ağlagəlməz şər-böhtan atdı. Bütün bunlar hər kəsin gözü qarşısında baş verdi. Mütəllibovun təhqirinə demək olar ki, hər kəs etiraz etdi, cavab verdi. Mütəllibovu yaltaqlanmaqdan tutmuş ağlını itirməyə qədər bir çox məsələlərdə qınadılar. Bunlar siyasətlə məşğul olanlar, olmayanlar, partiya sədrləri, sədr müavinləri, ziyalılar, deputatlar, şairlər, media nümayəndələri, sosial şəbəkə istifadəçiləri, bitərəf şəxslər və b. insanlar oldu. Bəs, görəsən, Mütəllibova etraz edənlər, onu Əbülfəz Elçibəyə böhtan atmaqda qınayanlar arasında Əli Kərimli ilə Cəmil Həsənli niyə olmadı?! Artıq 5 gündür ki, hər ikisi susur. Niyə?! Hər ikisi az qala bütün günü Facebook-da, mediada 10-cu dərəcəli bir şəxsin “haqqının pozulmasından”, “ qanunsuzluqla üzləşdiyindən”, “təqibə və təhqirə məruz qalmasından” yorulmadan yazırlar, pozurlar. Bəs deyirdiniz “Elçibəyin varisləriyik”, "onun partiyasının davamçılarıyıq".. .Bu fakt bir daha onu sübut edir ki, Əli Kərimlinin heç vaxt Elçibəy segisi olmayıb. Və mənim 15 ilə yaxındır ki, mətbuatda dedim doğrudur. Əli Kərimli Əbülfəz bəyi daxilən qəbul etməyən və onu xəyanət edən birisidir! Əli Kərimli bu məsələdə özünü “kar” və “kor” kimi göstərdi. Ancaq, hamı gördü ki, bu adamın Elçibəy sevgisi həqiqətən də saxtadır”.


Müəllif:

Oxşar xəbərlər