İsveç Azərbaycanlıları Konqresinin (İAK) sədri Emil Mirzəyev İsveçdə hakim partiya olan Sosial-Demokratlar, həmçinin Stokholm Bələdiyyəsində çoxluq təşkil edən müxalif Moderatorlar partiyalarının təmsilçiləri ilə bir sıra görüşlər keçirib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, görüşlərdə əsas məqsəd son illər ərzində İsveç hökuməti və parlamenti ilə Azərbaycan diasporunun qarşılıqlı fəaliyyətini müzakirə etmək olub.
Müzakirələr zamanı İAK sədri və üzvləri İsveç tərəfini Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatlandırıb. Diaspor nümayəndələri Azərbaycanın 20 faiz ərazisinin Ermənistan tərəfindən işğal olunması və bu ölkənin BMT-nin Azərbaycan torpaqlarının boşaldılmasına dair qətnamələrinə əməl etməməsi faktını qarşı tərəfin diqqətinə çatdırıb. Münaqişə ilə bağlı sənədlər və ədəbiyyat isveçlilərə təqdim olunub.
Görüşdə Azərbaycan diasporunun İsveçin siyasi həyatında aktiv iştirakından söz açan konqresin nümayəndələri son üç il ərzində təşkilatın səkkiz üzvünün İsveç Krallığının aparıcı partiyalarına üzv olduğunu vurğulayıb. Bildirilib ki, 2010-cu iləd yaradılan İAK-ın əsas məqsədlərindən biri məhz soydaşlarımızın İsveçin ictimai-siyası həyatına uğurlu inteqrasiyasını təmin etmək olub.
Səxavət