18 Dekabr 2015 12:58
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresinin Helsinki Komissiyasının üzvü, Respublikaçı konqresmen Kris Smitin Konqresə təqdim etdiyi layihə Milli Məclisdə müzakirə edilir.

Teleqraf.com xəbər verir ki, Milli Məclisin Parlamentlərarası münasibətlər və beynəlxalq əlaqələr komissiyasının sədri Səməd Seyidov bu haqda danışıb. O, bildirib ki, bu, Amerikanın imicinə mənfi təsir göstərən amildir: “Təəssüflər olsun ki, bu, ABŞ Konqresinin Helsinki Komissiyasının təqdim etdiyi layihədir. Helsinki Konmitəsi Avropada təhlükəsizlik və əməkdaşlıqla bağlı yaradılıb. Burada 9 konqresmen, 9 senator, Dövlət Departamentindən 2, Müdafiə nazirliyindən 1 və Ticarət nazirliyindən 1 nümayəndə təmsil olunur. Helsinki Komissiyasının Konqresə aidiyyətı yoxdur. Cənab Smit bunu etməklə pis iş görür. Sözsüz ki, bu, həm də erməni diasporunun fəaliyyətinin nəticəsidir. Mən sizə iki sənəd təqdim edəcəm. Birincisi, Helsinki Komissiyasının sənədidir. Sənəddə qeyd olunur ki, Helsinki Komissiyası xəbər verir ki, Kris Smit Konqresə layihə təqdim edib. Sadalanan 9 konqresmen,9 senator və digər şəxslər sənədin altınadan imza atmayıb. Yalnız bir nəfər - Smit imza atıb. Bu şəxs erməni diasporunun hörmətini qazanan şəxsdir. Bu şəxsin addımı təxribatdır. Bu ermənipərəst, anti-Azərbaycan qüvvələrin hiyləgər cəhdidir. ABŞ Konqresinə ildə 4 min qanun layihəsi daxil olur. Onların içərisindən seçilərək 120-130 sənəd qəbul edilir. Yəni bu tərzdə hazırlanan sənədin qəbulu şansı sıfırdır. Onlar niyə bu işi görürlər? Azərbaycanda insan haqları ilə bağlı müntəzəm işlərin aparılması göz qabağındadır. İlin sonunda əfv fərmanları olur. Azərbaycanın ABŞ-la münasibət yüksək səviyyədədir. Ancaq erməni diasporu təkcə ABŞ-da deyil, başqa ölkələrdə də bu kampaniyaya başlayıb”.

Seyidov bildirib ki, ayın 14-də Londonda Büronun iclasında Yaqlandla birgə iştirak edib. Cənab Yaqland çıxışında qeyd etdi ki, Avropa Şurasına daxil olan ölkələrdə konvensiyaların qəbulunda problem yaranıb: “Qeyd edildi ki, xaosdan çəkinərək daxili qanunvericiliyə üstünlük verirlər. Polşadan, İngiltərədən, Rusiyadan misal gətirdi. Mən də qeyd etdim ki, burada Avropa İnsan Hüquqları Məhkəməsinin Çıraqovlarla bağlı qərarını Ermənistan yerinə yetirmir. Bəli, Cənab Yaqland Azərbaycanda Məmmədov məsələsini qeyd etdi. Əlavə etdi ki, biz dialoq çətrçivəsində bu məsələləri həll etməliyik. Bunun üzərindən 2 gün keçdikdən sonra ABŞ-da Smit belə bir layihəni ortaya qoyur, Yaqlandın fikirlərini konteksdən çıxararaq istifadə edir. Bu bir ermənipərəst deputatın cəhdidir. Hesab edirəm ki, bunu düzgün qiymətləndirmək lazımdır”.

Nemət


Müəllif:

Oxşar xəbərlər