Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev aylardır ki, yoxa çıxıb. Mətbuatda bu partiya haqqında informasiyaya da rast gəlinmir.
F.Əliyevin son aylar harada olduğu və nə iş gördüyü də bəlli deyil.
Qeyd edək ki, Fuad Əliyevin sədri olduğu partiya “Azadlıq-2015" seçki blokunda təmsil olunub. Lakin seçkilər ərəfəsində və ondan sonrakı dönəmdə də ALDP sədri ortaya çıxmayıb. İndi isə bəlli olur ki, bir müddət əvvəl Fuad Əliyev Amerikada səfərdə olub. Səfərin hansı məqsədlə edildiyi, kimlərlə görüşlər keçirildiyi, hansı məsələlərin müzakirə olunduğu bəlli deyil.
Bəlli olan budur ki, Fuad Əliyev uzun müddət idi ki, siyasi arenada görünmürdü. Lakin dünəndən etibarən o, yenidən siyasi meydana “qayıdıb”. Bəziləri onun bu addımını yeni mərhələyə hazırlıq kimi təqdim edir. Lakin görünən budur ki, ALDP yarandığı gündən indiyə qədər real partiyaya çevrilə bilməyib.
Cavidan