21 Dekabr 2015 14:47
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, iclasda ictimai-siyasi vəziyyət və cari məsələlər müzakirə olunub.
İdarə Heyətinin iclasında Azərbaycan Mərkəzi Bankinin üzən məzənnə rejiminə keçməsi ilə bağlı məsələ də müzakirəyə çıxarılıb.

Qeyd olunub ki, manatın kəskin şəkildə dəyərdən düşməsi sosial cəhətdən həssas qrupların həyat səviyyəsinin kəskin şəkildə pisləşməsinə zəmin yarada bilər: “Şübhəsiz ki, manatın devalivasiyası nəticəsində xaricdən idxal olunan gündəlik tələbat mallarının, dərman pereparatlarının qiymətində baş verə biləcək bahalaşma pensiyaçılar, əlillər və aztəminatlı ailələri ciddi sosial problemlərlə qarşı-qarşıya qoyacaq”.

BAXCP İdarə Heyəti yaranmış vəziyyətlə bağlı Azərbaycan hökumətini sosial cəhətdən həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində sistemli və ardıcıl tədbirlər həyata keçirməyə çağırıb.

BAXCP İdarə Heyəti hesab edir ki, Azərbaycan hökuməti ölkədə biznes mühitinin yaxşılaşdırılması, sahibkarlar üçün daha əlverişli şəraitin yaradılması istiqamətində təxirəsalınmaz, sistemli və real islahatlar həyata keçirməlidir.

Nemət


Müəllif:

Oxşar xəbərlər