6 İyun 2014 15:37
1 419
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Kilikiya Evinin katolikosu I Aram Vatikanda Roma Papası I Fransisklə ikitərəfli görüş keçirib.

Teleqraf.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, bundan sonra onlar Vatikanın böyük zalına daxil olub və burada yüksək vəzifəli ruhani xadimlərin və diaspor nümayəndələrinin iştirakı ilə danışıqları davam etdiriblər.

I Aram qeyd edib ki, hələ eramızın əvvəllərində Kilikiya Erməni Dövləti ilə Katolik Kilsəsi arasında xüsusi və sıx münasibətlər mövcud olub. O, Orta Şərqdəki ciddi problemlərdən bəhs edib və bu bölgədə yerləşən kilsələrin taleyindən narahatlığını çatdırıb.

Erməni katolikos qondarma erməni “soyqırımı” məsələsinə toxunub. O qeyd edib ki, Osmanlı Türkiyəsində həyata keçirilən “soyqırımı” nəticəsində 1,5 milyon erməni öldürülüb, ermənilər öz kilsələrini, dini və mədəni dəyərlərini itiriblər. I Aram deyib ki, erməni “soyqırımı”nın tanınması və onlara kompensasiya ödənilməsi hər bir erməninin tələbidir.

Papa I Fransisk isə patriarxla ilk görüşündən məmnun qaldığını bildirib. O, görüşdə qaldırılan qondarma “soyqırımı” məsələsinə də münasibət bildirib. Papa deyib ki, erməni xalqının tarixi əzab-əziyyət, təqib olunma, iztirab və zülmlə doludur.

Teleqraf.com xatırladır ki, Vatikan qondarma hadisələri soyqırımı kimi tanıyan 20 dövlətdən biridir. Müqəddəs Taxt-Tac bu addımı 2000-ci ildə atıb.

Səxavət


Müəllif: