29 Dekabr 2015 12:55
852
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclis cari müzakirələri yekunlaşdırdıqdan sonra Hesablama Palatası sədrinin müavininin və auditorlarının təyin ediməsi haqqında məsələyə baxıb.

Teleqraf.com xəbər verir ki, bu haqda komitə sədri Ziyad Səmədzadə məlumat verib.

O, bildirib ki, Azərbaycanda ali maliyyə orqanı Hesabalama Palatasıdır: “Bu Milli Məclisin orqanıdır. Bu qurum maliyyə xərclənməsinə nəzarət edir. Palata son illərdə iqtisadi təhlil prosesini də təkmilləşdirir. Təklif edilir ki, Adil Məhərrəmov sədr müavini, Vaqif Muxtarov və Cəfər Həsənov auditor seçilsinlər. Fürsət Qurbanov isə peşəkar iqtisadçıdır, uzun illər ölkənin maliyyə sektorunda çalışıb. Son 10 ili Hesablama Palatasında şöbə müdiri olaraq çalışıb. Bu şəxs də boş olan auditor yerinə təqdim edilir. Millət vəkillərindən xahiş edirəm ki, bu yoldaşları təsdiq etsinlər”.

Səsvermə nəticəsind adı çəkilən şəxslər müvafiq olaraq Hesablama Palatasının sədr müavini və auditor vəzifələrinə təyin ediliblər.

Nemət


Müəllif:

Oxşar xəbərlər