4 Yanvar 2016 21:07
705
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyan Belarusun paytaxtı Minsk şəhərində görüşə bilərlər.

APA-nın məlumatına görə, bunu "News.am" saytına müsahibəsində Belarusun Ermənistandakı səfiri İqor Nazaruk bəyan edib.

Onun sözlərinə görə, Qarabağ münaqişə kimi məsələlərin “qaynar” deyil, “soyuq” rejimdə həlli üçün danışıqların aparılması zəruridir: “ATƏT-in Minsk qrupunun fəaliyyəti də buna istiqamətlənib. Əlaqələrin mövcudluğu tərəflərin bir-birilərini daha yaxşı başa düşməsinə gətirib çıxarır və əlavə etimad elementləri yaranır. Əminəm ki, bu, yeganə düzgün yoldur. Yəni heç bir "qaynar” mərhələyə keçid olmadan, danışıqlar aparmaq", deyə İ.Nazaruk bildirib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan prezidentləri sonuncu dəfə dekabrın 19-da İsveçrənin paytaxtı Bern şəhərində görüşüblər.


Müəllif: