6 Yanvar 2016 12:23
768
12 Punto 14 Punto 16 Punto 18 Punto

5 aya yaxındır ki, sədrsiz qalan Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) 2016-cı ilin birinci yarısında növbəti qurultayını keçirə bilər.

Bu barədə Teleqraf.com-a AMİP Siyasi Şurasının üzvü Əli Orucov deyib.

Onun sözlərinə görə, qurultayın vaxtı partiyanın rəsmi qərarı ilə təsdiqlənməyib: "Qurultayın keçirilmə vaxtı bir qədər uzana bilər. Qurultayın vaxtı rəsmi təsdiq edildikdən sonra namizədlər öz iddialarını ortaya qoyacaqlar".

Ə.Orucov partiya sədrliyinə namizədliyini irəli sürəcəyini istisna etməyib: “Partiya sədri olmaq o qədər də asan deyil. Sədr olmaq məsuliyyət tələb edir, eyni zamanda, müəyyən kriteriyalara cavab vermək lazımdır. Partiyada belə potensial şəxslər var. İndidən nəyisə demək tez olardı".

Qeyd edək ki, AMİP-in sədri Yusif Bağırzadə ötən ilin oktyabr ayında vəzifəsindən istefa verib. O, istefasını səhhətində yaranan problemlərlə əlaqələndirib.


Müəllif: