8 Yanvar 2016 12:11
513

Türkiyənin ölkəmizdəki səfirliyi bu ölkənin Azərbaycan vətəndaşlarına viza tətbiq edəcəyinə dair yayılan məlumatlara münasibət bildirib.

Teleqraf.com xəbər verir ki, səfirlik Türkiyə mətbuatda yer alan xəbərin həqiqəti əks etdirmədiyini açıqlayıb:

“Ölkəmizlə Azərbaycan arasında hazırda tətbiq edilən viza rejimində hər hansı dəyişiklik nəzərdə tutulmayıb. 2007-ci ildən bəri Azərbaycan vətəndaşlarının ölkəmizə nəzərdə tutulan 30 günlük vizasız turistik səhayətləri davam edəcək”.


Müəllif: