12 Yanvar 2016 11:08
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyasının yeni və köhnə rəhbərliyinə qarşı ittihamlar irəli sürülüb. Bu, partiya fəaliyyət proqramını açıqladıqdan sonra baş verib.

Teleqraf.com xəbər verir ki, uzun illər partiyada fəaliyyət göstərən, təşkilatın humanitar şöbəsinə rəhbərlik edən Səftər Nehmətli bu addımı kəskin tənqid edib. Veteran müsavatçı facebook səhifəsində məsələyə belə münasibət göstərib: “Köhnə və 2003-cü ildə yazılan proqram sənədlərini partiyanın bu günkü proqramı kimi yayımlayıblar. Ayıbdir!”.

S.Nehmətli daha sonra qeyd edib ki, bu, plagiatdır: “Axı o dövrün əzablarını yaşayanlar hələ də nəfəs alırlar. Başqa və daha ağır ifadələr işlətmək fikrindən uzağam. Bu mənim yaşıma yaraşmır. Məncə, paylı payını götürdü. Burada deyiblər ki, “fərasətli” quş dimdiyindən ilişər. Bunlar buradan Avropadakı dostlarına sifariş verirdilər ki, Səftər Nehmətlinin söysünlər və aşağılasınlar. Bax, bu da həmin dönüklərə layiqli cavabımdır. Boz yabı keçə bilməz, köhlən keçər. Zərlə işləsən də, onun yəhərin və s və ilaxır”.

Fakta münasibət bildirən sabiq müsavatçı, hazırda ADR Hərəkatında təmsil olunan Rövşən Dəmirli isə bildirib ki, indiki rəhbərlik mövcud vəziyyətə uyğun proqram hazırlamaq iqtidarında deyil: “Ona görə də Qubad İbadoğlunun o vaxt yazdığı proqramlara istinad etməkdən başqa imkanları olmayıb”.

Cavidan


Müəllif: