14 Yanvar 2016 17:43
603

Rusiya Federasiyasi Köçəri Nağıbəylinin bu ölkəyə girişinə qadağa qoyub.

Dekabrın 13-də Köçəri Nağıbəyli Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanından Mineralnie Vody şəhərinə getməyi planlaşdırırmış. K. Nağıbəyli Bakı Hava limanından sərhəd xidmətini keçib, lakin təyyarənin göyərtəsinə daxil olmağa 15-20 dəqiqə qalmış hava limanının əməkdaşları ona yaxınlaşaraq bildiriblər ki, Rusiya tərəfi teleqram vurub və onun bu ölkəyə buraxılmadığını, Rusiya üçün "arzuedilməz qonaq" olduğunu bildiriblər. Eyni zamanda qeyd edilib ki, ona qadağanı Azərbaycan deyil, Rusiya tərəfi qoyub.

Köçəri Nağıbəyli Teleqraf.com-a bildirib ki, son 10-15 ildə heç vaxt Rusiyada olmayıb, bu ölkədə bir gün olsun, belə qalmayıb. Yalnız 2-3 dəfə aldığı təyyarə biletinə uyğun olaraq tranzit ölkə qismində Rusiyadan uçub. Bu zaman isə hava limanını tərk etməyib, yalnız 1 saat gözlədikdən sonra aidiyyəti təyyarə reysinə əyləşərək başqa ölkəyə uçub.

O, həmçinin bildirib ki, Rusiya tərəfinin hansı səbəbdən ölkə ərazisinə girişinə qadağa qoymasından məlumatsızdır: “Mən Rusiyanın Azərbaycandakı səfirliyinə müraciət etdim. Oradan bildirdilər ki, bu işlə onlar məşğul olmur. Məsləhət gördülər ki, Rusiya Miqrasiya Xidmətinə müraciət edim. Lakin mən bu xidmətin koordinatlarını bilmirəm. Hazırda hüquqşünaslar və vəkillərlə məsləhətləşmə aparırıq, səbəbi müəyyən etmək üçün Rusiyanın müvafiq qurumlarına, eləcə də Bakıdakı səfirliyinə rəsmi müraciət edəcəyik".


Müəllif: