Prezident İlham Əliyev 2016-cı ili “Multikulturalizm ili” elan edib. “Multikulturalizm ili” çərçivəsində bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır. İlk tədbir olaraq yanvarın 15-də Heydər məscidində müsəlmanlar vəhdət namazı qılıblar.
“Multikulturalizm ili” ilə bağlı fikirlərini Teleqraf.com-a açıqlayan hesab edir ki, ilk tədbir olaraq vəhdət namazının qılınmasını xüsusi vurğulamaq lazımdır: "Heydər məscidində vəhdət namazının qılınması müsəlman aləminə çox təsirli, gözəl mesaj oldu. İslam dünyası təriqətlərə bölünüb, müsəlmanlar parçalanıb. Heydər məscidində qılınan vəhdət naması bu mənada dünyaya nümunə oldu. Azərbaycan müsəlmanları göstərdi ki, biz eyni yerdə namaz qıla bilirik və bu, heç bir problem yaratmır. Bakıda bir neçə dinin müqəddəs ocaqları çox yaxın ərazidə yerləşirlər. Məsələn, Bakının Nizami metrosunun yaxınlığında həm məscid, həm kilsə, həm də sinaqoq var. Onlar bir-briindən elə də uzaqda yerləşmir. Onların arası 200-300 metr deyil. Bu baxımdan Azərbaycan dünyaya tolerantlığın, multikulturalizmin nümunələrini bəxş edib. Biz, tolerantlığın, multikulturalizmin nümunələrini təkcə sözdə, kağız üzərində deyil, praktikada nümayiş etdiririk. Bu baxımdan Heydər məscidində məzhəbindən asılı olmayaraq, bütün müsəlmanların ilk dəfə bir araya gələrək vəhdət namazı qılmaları gözəl örnəkdir".
A.Hüseynov bildirib ki, Azərbaycanda “Multikulturalizm ili” çərçivəsində bir sıra tolerantlıq nümunələri ortaya qoyulacaq: "Azərbaycan xalqı fərqli fikirlərə hər zaman dözümlü yanaşıb və bu mədəniyyəti bundan sonra da yaşadacağıq. Multikulturalizm bizim həyat tərzimizə çevrilib. "Azərbaycan" dedikdə dünya xalqlarının təsəvvüründə yüksək mədəniyyəti, qədim tarixi, zəngin ehtiyatları, sabitliyin hökm sürdüyü bir ölkə canlanır.
Ayxan