19 Yanvar 2016 14:33
1 099
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Energetika Nazirliyi nəyə lazımdır ki? SOCAR onun səlahiyyətlərini yerinə yetirir”.

Teleqraf.com xəbər verir ki, millət vəkili Zahid Oruc Milli Məclisin növbədənkənar iclasında Energetika Nazirliyinin ləğv edilməsi təklifi ilə çıxış edib.

“Natiq müəllim təcrübəli kadrdır. Ölkənin neft strategiyasının həyata keçirilməsində mühüm rol oynayıb. Amma indiki durumda ayrıca bir nazirliyə ehtiyac yoxdur”.

Deputat “Azərenerji”nin də ləğv edilməsinin vacib olduğunu bildirib: ““Azərenerji”ni dövlət niyə saxlayır? Axı onun səlahiyyətlərini yerinə yetirəcək “Azərişıq” adlı qurum var”.

Millət vəkilinin bu çıxışına spiker Oqtay Əsədov “sənin gələcək yerin görünür” replikasıyla cavab verib.

Bəzi millət vəkilləri spikeri bu replikasına görə alqışlayıb.

Nemət


Müəllif: