20 Yanvar 2016 00:37
395

Gürcüstanın baş naziri Georgi Kvirikaşvili Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək.

"Report" "apsny.ge"yə istinadən xəbər verir ki, görüşün İsveçrənin Davos şəhərində Ümumdünya İqtisadi Forumunun 46-cı sessiyası çərçivəsində keçirilməsi nəzərdə tutulur. G.Kvirikaşvili İsveçrəyə yanvarın 20-də yola düşəcək və səfər 22 yanvar tarixinədək davam edəcək.


Müəllif: