9 İyun 2014 14:55
770
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ana Vətən Partiyası (AVP) Ali Məclisinin yaz sessiyası keçirilib.

AVP-dən Teleqraf.com-a verilən məlumata görə, iclasda təşkilati məsələlərə baxılıb, bəzi Ali Məclis üzvlərinin səlahiyyətlərinə xitam verilib, yeni Ali Məclis üzvlərinin səlahiyyətləri təsdiq edilib.

Gündəlikdə duran II məsələ-bələdiyyə seçkilərinə hazırlıqla bağlı geniş müzakirələr aparılıb. Çıxışlar zamanı yekdil rəy ifadə olunub ki, partiya qarşıdan gələn bələdiyyə seçkilərinə ümumən hazırdır.

Ali Məclisin yığıncağında çıxış edən Fəzail Ağamalı partiyanın şəhər və rayon təşkilatlarının sədrlərinə bələdiyyə seçkiləri ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarını verib. Seçkilərdə namizədlər müəyyən olunarkən qadınlara və gənclərə xüsusi diqqət yetirilməsi Ali Məclis üzvlərinin qarşısında vəzifə kimi qoyulub.

AVP-nin seçkilərdə iştirakının zəruriliyi və rayon (şəhər) təşkilatlarının seçkilərdə kütləviliyi və fəallığı təmin etmələrinə dair qərar qəbul edilib.

BƏXTİYAR


Müəllif: