25 Yanvar 2016 16:01
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropada hələ də həll edilməmiş münaqişələr problemi mövcuddur.

Trend-in məlumatına görə, bunu AŞ PA-nın yeni seçilmiş prezidenti Pedro Aqramunt Assambleyanın sessiyası çərçivəsində çıxışında deyib.

O, həll edilməmiş münaqişələri AŞ PA üçün çağırışlardan biri adlandırıb: "Dağlıq Qarabağ, Dnestryanı, Ukraynanın şərqində və Gürcüstandakı münaqişələr hələ də nizamlanmayıb".

P.Aqramuntun sözlərinə görə, bu məsələ, eləcə də təhlükəsizliyin təmin edilməsi və miqrasiya böhranı yaxın vaxtlarda AŞ PA-nın gündəliyində əsas yer tutacaq.


Müəllif: