27 Yanvar 2016 21:48
732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Onların fəaliyyətinə veriləcək qiymət böyük dərəcədə bu amildən asılı olacaq.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda çıxışında Prezident İlham Əliyev deyib.

Dövlət başçısının sözlərinə görə, yerli icra hakimiyyəti orqanları sahibkarlığın inkişafında daha fəal olmalıdır:

“Qeyd etdiyim kimi, qeyri-neft sənayesi sürətlə artmışdır - 8,4 faiz. Azərbaycanda sənayeləşmə prosesi gedir. Texnoparklar yaradılır, sənaye klasterləri yaradılmalıdır. Mən artıq göstəriş vermişdim ki, hər bir rayonda sənaye zonaları yaradılsın. Ancaq bu proses ləng gedir. Burada oturan bütün şəhər, rayon icra başçıları da bu işlərdə daha fəal olmalıdırlar. Onlar İqtisadiyyat Nazirliyi və sahibkarlarla bu işi görməlidirlər. Bu gün fasilədən sonra bu məsələ mütləq müzakirə edilməlidir. Hər bir rayondan ayrılacaq sahələrlə bağlı konkret təkliflər verilməlidir. İcra başçıları özləri bu işlərə çox ciddi fikir verməlidirlər. Ümumiyyətlə, bölgələrimizə investisiya axınını daha çox Azərbaycan dövləti, sahibkarlar təşkil edirdi. Hesab edirəm ki, yerli icra hakimiyyəti orqanları bu işlərdə daha da fəal olmalıdırlar. Onların fəaliyyətinə veriləcək qiymət böyük dərəcədə bu amildən asılı olacaq: nə qədər investisiya cəlb etmisən, sahibkarlara nə qədər şərait yaratmısan, nə qədər müəssisə yaradılıb, nə qədər yeni iş yeri açılıb?! Ona görə, ilk növbədə, hər bir yerdə statistika düzgün aparılmalıdır ki, burada şişirtmə olmasın. Çünki bu, elə köhnə xəstəlikdir və işlər düzgün qurulmalıdır. Ona görə bu il hər bir rayonda sənaye zonalarının yaradılması başlamalıdır”.


Müəllif: