30 Yanvar 2016 12:15
422

Millət vəkili Qənirə Paşayeva AŞPA-da İordaniyaya Demokratiya üzrə tərəfdaş statusunun verilməsi ilə bağlı müzakirələrin çox müsbət keçməsi münasibəti ilə İordaniya Parlamentinin sədri Atef Taravneh və nümayəndə heyətini təbrik edib.

Trend-in məlumatına görə, görüş zamanı yüksək səviyyədə olan Azərbaycan-İordaniya münasibətlərinə toxunulub və iki ölkə parlamenti arasında əməkdaşlığın daha da genişlənməsinin önəmi xüsusi vurğulanıb.

Millət vəkili İordaniya Parlamentin spikeri A.Taravnehə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqları və məcburi köçkünlərimizlə də bağlı məlumatlar verib və bundan sonra İordaniyanın AŞPA-dakı təmsilçilərindən hər zaman bu məsələlərlə bağlı mövzuların müzakirəsi zamanı aktiv dəstəyini gözlədiyini deyib. İordaniya Parlamentinin spikeri hər zaman dost Azərbaycanla əməkdaşlığın daha da inkişafına hazırıq olduqlarını bildirib.


Müəllif: