1 Fevral 2016 13:33
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Deputat Siyavuş Novruzov Milli Məclisdə çıxışı zamanı “Siyasi partiyalar haqqında” qanuna dəyişiklik edilməsi təklifini irəli sürüb.

Teleqraf.com-un xəbərinə görə, o, bu qanuna dəyişiklik edildiyini xatırladıb və bildirib ki, şəffaflığın təmin edilməsi üçün dövlət büdcəsindən maliyyələşən və maliyyələşməyən partiyalar Mərkəzi Seçki Komissiyasına hesabat versinlər: "Lakin bəzən partiyalar MSK-ya hesabat vermirlər. Onları buna məcbur etmək mexanizmi isə qanunda yoxdur. Bir də görürsünüz ki, partiya sədrinin 3-4 mühafizəçisi, bahalı avtomobili, aparatında onlarla işçisi var. Əgər gəlir-çıxar yoxdursa, bunu necə saxlamaq olar? İkincisi, bəzi partiyalat öz vəzifələrini görmürlər. Partiyanın fəaliyyəti, gördüyü işlər olmalıdır. Ancaq bəzən görürsən ki, partiyanı alırlar, satırlar və s. Təcrübəyə əsasən partiya fəaliyyət göstərmirsə, buraxılmalıdır”.

Nemət


Müəllif:

Oxşar xəbərlər