Azərbaycan MEA-nın Rəyasət Heyətinin üzvü, AMEA-nın həqiqi üzvü, biologiya elmləri doktoru Cəlal Əliyev l Fəxri xiyabanda dəfn olunub.
Teleqraf.com-un xəbərinə görə, dəfn mərasimində Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, baş nazirin müavini İsmət Abbasov, daxili işlər naziri Ramil Usubov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, SOCAR prezidenti Rövnəq Abdullayev, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə, deputatlar, ziyalılar, mərhumun ailə üzvləri iştirak edib.
Qeyd edək ki, C.Əliyev uzun sürən xəstəlikdən sonra 88 yaşında vəfat edib.