1 Fevral 2016 16:35
583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli İstiqlal Partiyasının rəhbərliyi İstanbulda keçiriləcək “Şərq Tərəfdaşığında gələcək islahatlar” mövzusunda beynəlxalq dəyirmi masada iştirak etmək üçün İstanbula yola düşür.

Teleqraf.com xəbər verir ki, konfrans 3-4 fevralda baş tutacaq. AMİP tədbirin təşkilatçılarından biridir. Tədbirdə Azərbaycan Milli İstiqlal Partiyası ilə yanaşı, Gürcüstanın Millik Birlik Hərəkatı, İsveçin Moderat partiyası, Moderat partiyasının Jarl Jarlmarson fondu, Avropa Sabitlik Təşəbbüsü təşkilatının təmsilçiləri, eyni zamanda bir sıra avropalı siyasətçilər, Avropa Parlamentinin üzvləri, Beynəlxalq böhran qrupunun nümayəndələri, ekspertlər, beynəlxalq media qruplarının nümayəndələri iştirak edəcək.

Dəyirmi masada “Avropa İttifaqının Cənubi Qafqazda önəmi”, “Qaçqın böhranı, miqrasiya və sərhəd nəzarəti problemləri”, “Viza liberallaşdırılması və islahatlar”, “Türkiyənin region üçün önəmi” mövzularında panellər keçiriləcək.

Azərbaycan Milli İstiqlal Partiyasını dəyirmi masada baş katib, AMİP-in sədr əvəzi Arzuxan Əlizadə, AMİP beynəlxalq əlaqələr katibi Elşən Mustafayev, AMİP Siyasi Şurasının üzvü Zəfər Vəliyev, AMİP Gənclər təşkilatının sədr müavini Asya Cəlilova təmsil edəcək.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər