2 Fevral 2016 17:46
644
12 Punto 14 Punto 16 Punto 18 Punto

IV Qlobal Bakı Forumuna hazırlıq görüşü çərçivəsində Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniç Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, İsgəndəriyyə Kitabxanasının direktoru İsmayıl Səragəldini və mərkəz üzvlərini qəbul edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, qəbul zamanı Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə Sarayevo Açıq Cəmiyyətlər və Dəyərlər İnstitutu arasında əməkdaşlıq, martın 10-11-də Bakıda keçiriləcək IV Qlobal Foruma hazırlıq məsələləri müzakirə olunub. Bundan başqa, həmin gün Sarayevo şəhərinin meri və şəhərin dini lideri də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərini qəbul edib.

Qeyd edək ki, dünən Sarayevoda IV Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü Mladen İvaniçin dəstəyi ilə “Dinlərarası Dialoq və Ekstremizmə Cavab” movzusunda xüsusi toplantı keçirilib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər