Bakının Nəsimi rayonunda mağazadan oğurluq olub.
Bu barədə Teleqraf.com-a Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsindən məlumat verilib.
Məlumata görə, Bakı şəhər sakini Aydın Tahirliyə məxsus mağazadan 220 manat oğurlanıb. Mağaza sahibi oğurluq hadisəsinin baş verməsi ilə bağlı 20-ci polis bölməsinə məlumat verilib.
Keçirilən əməliyyat nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Ümid Bədirbəyli həbs edilib. Ümid Bədirbəyli mağazada satıcı işləyirdi.
Faktla bağlı cinayət işi başlanıb.
Hacı Zeynalov