5 Fevral 2016 00:16
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 16-17-də Qazaxıstanın paytaxtı Astanada “Xəzər regionunun neft bazaları və terminalları: müasir layihələndirmədən səmərəli istismaradək” mövzusunda ikinci beynəlxalq konfrans keçiriləcək.

Tədbirin təşkilatçısı Xəzərdəki neft bazalarını və terminallarını tədqiq edən “Vostok Capital” şirkətidır. Yüzdən çox ekspertin, o cümlədən neft bazaları və terminalları rəhbərlərinin, aparıcı avadanlıq və texnologiya təchizatçılarının, tənzimləyici orqanların nümayəndələrinin iştirak etdiyi tədqiqatda Xəzər regionunun ən perspektivli investisiya layihələri tədqiq edilib, istehsalın lokallaşması və idxalın əvəz edilməsi şəraitində neft bazaları rəhbərlərinin texnologiya və avadanlıq, neft terminalları və yanacaqdoldurma stansiyaları seçmək meyarları müəyyən olunub,

Konfransın təşkilatçıları bildirirlər ki, “Xəzər dənizinin neft bazaları və terminalları: müasir layihələndirmədən səmərəli istismaradək” mövzusunda ikinci beynəlxalq konfransda neft bazaları və terminallarının layihələndirilməsinin və istismarının ən mühüm aspektləri müzakirə olunacaq.

Səxavət


Müəllif:

Oxşar xəbərlər