4 Fevral 2016 23:38
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əgər işğalçı Ermənistana beynəlxalq səviyyədə təzyiq göstərilməsə münaqişənin sülh yolu ilə həlli mümkün görünmür”. Bu fikri Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

R.Musabəyov bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həllində vasitəçilik edən ATƏT-in Minsk qrupu da səmərəli fəaliyyət göstərmir. Onun sözlərinə görə, Minsk qrupunun həmsədrləri nəticə ortaya qoyan iş görmürlər.

“Əslində, görünən odur ki, həmsədrlər münaqişə tərəflərinə eyni prizmadan yanaşırlar. Ancaq təzavüzkarla təcavüzə məruz qalan tərəfə fərq qoyulmalıdır, işğalçıya qarşı ciddi addımlar atılmalıdır. Əgər həmsədrlər bunu etmirlərsə, deməli münaqişənin həllinə elə də, maraqlı deyillər”, – deyə R.Musabəyov qeyd edib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər