10 İyun 2014 13:42
772
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün “Azərbaycanda istiqlalçı deputatlara qarşı diskriminasiya tətbiq edilməsi: səbəblər və nəticələr” mövzusunda mətbuat konfransı keçirilib.

Teleqraf.com-un məlumatına görə, istiqlalçı deputat Hacıbaba Əzimov pensiya məsələsinə toxunaraq bildirib ki, bu kateqoriyadan olan insanlara qarşı diskriminasiya yaradırlar.

Onun sözlərinə görə, hələ 2000-ci ildə indi Milli Məclisin aparat rəhbəri Səfa Mirzəyevin məktubuna əsasən pensiyadan mərhum oldular: “Eləcə də, Dövlət Sosial Müdafiə Fondunun keçmiş sədri Səlim Müslümovla Səfa Mirzəyevin məktub yazışmalarından sonra yenə də pensiya məsələsi həllini tapmadı”.

H.Əzimov deyib ki, məhkəmələrə müraciət ediblər: “Amma təəssüflər olsun ki, məhkəmə sədrləri utanaraq, vicdan əzabı içərisində ədalətli qərar qəbul edə bilmir. Axı bizim gördüyümüz işlərin üstündən xətt çəkməkdə nə məqsəd güdülür, bilmirəm”.

Bəxtiyar


Müəllif: