Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov 77-ci yaşını qeyd edib. Bu məqsədlə onu Milli Şuranın sədri Cəmil Həsənli təbrik edib.
Əli Kərimlinin təbriki haqqında məlumat yoxdur. Ancaq Müsavat Partiyasının sabiq başqanı İsa Qəmbər, eləcə də, indiki başqanı Arif Hacılı İbrahimbəyovu təbrik etmək haqqında düşünməyiblər.
Eləcə də, “El” Hərəkatının sədri, politoloq Eldar Namazov da İbrahimbəyovu təbrik etməyib. İbrahimbəyov isə hələ də keçmiş dostlarının onu təbrik edəcəyini düşünür. Ümid edir ki, Namazov ona telefon açaraq doğum günü ilə bağlı xoş sözlərini çatdıracaq. Ancaq Namazov keçmiş sədrini təbrik etməyib. Müsavat rəhbərliyi də İbrahimbəyovla məsafə saxlamaq xəttinə üstünlük verib.
Qeyd edək ki, bir vaxtlar İbrahimbəyov Azərbaycan müxalifətinin əsas liderlərindən biri idi. Lakin zamanla geri çəkildi və siyasətlə məşğul olmayacağını bəyan etdi.
Cavidan