8 Fevral 2016 16:04
611
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanın ənənəvi müxalifəti daim şablon təkliflərlə çıxış edir. Məsələlərə ümumi yanaşır, plansız fəaliyyət göstərirlər. Qərbdə siyasi partiyalar konkret proqramlar qəbul edir, təkliflərlə çıxış edirlər və bu istiqamətdə ardıcıl fəaliyyət göstəririlər. Biz də isə bu təcrübə yoxdur. Yalnız AXCP konkret təkliflərlə çıxış edib".

Bunu Teleqraf.com-a açıqlamasında AXCP sədri Razi Nurullayev bildirib. Onun sözlərinə görə, rəhbəri olduğu partiya indiki iqtisadi durumla bağlı təkliflər planı ilə çıxış edib: "Biz iqtisadiyyatın hər bir sahəsilə bağlı təklif hazırlamışıq və onu hökumətə təqdim etmişik".

Müxalifətin yenilənməməsinin səbəblərinə toxunan R.Nurullayev bildirdi ki, Azərbaycanda siyasət monopoliyaya alınıb: "Müxalifətdə yeni nəslin qarşısını alan kötüklər mövcuddur. Suyun qarşısını alan kötüklər kimi onlar bizə mane olurlar. Amma onları aşacağıq, yaxın vaxtlarda cəmiyyət bunun şahidi olacaq. Azərbaycan müxalifətinin inkişafının, yenilənməsinin qarşısını alan siyasətçilərdən biri Əli Kərimlidir. Mən onun müavini olanda partiyada necə bir avtoritar mühitin olmasına şahidlik etdim. Ona görə də, AXCP-də dəyişiklik, yenilənmə etmək üçün mübarizəyə başladım. 25 ildir siyasətdə uğur qazana bilməyənlərin başqalarına moizə oxuması düzgün deyil. Bu, dünyanın başqa ölkələrində də belədir. Siyasətçiyə maksimum 10 il vaxt verilir ki, imkanlarından yararlansın, öz bacarığını nümayiş etdirsin. 10 ildə özünü göstərə bilməyən siyasətçi getməlidir. AXCP-də ləyqatli insanlar, güclü kadrlar olub, amma onlara imkan verilməyib ki, qabağa getsinlər. Əli Kərimli daim onlara təzyiqlər edib, susdurub. Əks fikir bildirənləri orada sıxıblar, partiyadan çıxmağa məcbur ediblər".

R.Nurullayev qeyd edib ki, bəzi müxalifət partiyalarının ölkənin gələcəyilə bağlı baxışları aydın deyil: "İnhisarçılıq, monopoliya aradan qaldırılmalıdır" deməklə müxalifətçilik etmək mümkün deyil. Müxalifətin ölkənin bütün sahələrilə bağlı aydın proqramı olmalıdır".

Ayxan


Müəllif:

Oxşar xəbərlər