10 İyun 2014 16:26
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rasim Musabəyov: “Dönüş gözləmək mümkün deyil”

“ATƏT sədrinin Azərbaycan və Ermənistanda səfərdə olarkən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi bəyanatlarda kəskin bir yenilik yox idi. O sadəcə bildirdi ki, danışıqlar Minsk qrupu vasitəsilə Madrid prinsipləri əsasında bərpa olunmalıdır”. Teleqraf.com-un məlumatına görə, bu fikirləri Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

R.Musabəyov bildirib ki, kiçik ölkə olmasına baxmayaraq, İsveçrənin Avropada sülh məsələlərində böyük nüfuzu var. Onun fikrincə, bu imkanlarından istifadə etsələr, erməniləri ağıla gətirməkdə hansısa təsirləri ola bilər. Amma hər halda bu məsələdə dönüş gözləmək hələ ki, mümkün deyil”.

Politoloq Fransa prezidenti Fransua Ollandın səfəri zamanı münaqişə tərəflərinə Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yeni təkliflər verməsinə və prezidentlərin Parisdə görüşünü təklif etməsinə də münasibət bildirib:

“Təkliflərin mahiyyəti açıqlanmır, halbuki Olland da bəyan etdi ki, məsələ Madrid prinsipləri əsasında həll edilməlidir. İndi ola bilsin ki, təkliflər o prinsplərin hansısa bir ardıcıllıqla həyata keçirilməsi ilə bağlıdır. Prezidentlərin görüşü təklifinə gəlincə, hələlik nə Azərbaycan nə Ermənistan prezidentləri bununla bağlı öz müsbət fikirlərini səsləndirməyiblər. Ona görə yaxın zamanlarda bu görüşün baş tuta biləcəyini söyləməkdə çətinlik çəkirəm. Yəni, mənasız yerə, nümayiş üçün görüş keçirməyə Azərbaycan tərəfinin qətiyyən marağı yoxdur”.

Səxavət


Müəllif: