9 Fevral 2016 11:35
533
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Dövlət Dumasının deputatları 1921-ci ilin martın 16-da Türkiyə ilə Rusiya Sosialist Federativ Respublikası arasında imzalanan Qars müqaviləsinin ləğvi təşəbbüsü ilə çıxış ediblər.


Təşəbbüs Rusiya Kommunist Partiyasının Mərkəzi Komitəsinin sədr müavini Valeri Raşkinlə partiyanın katibi Serqey Obuxov tərəfindən irəli sürülüb.

Məsələnin Azərbaycana da təsirlərini nəzərə alaraq YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadəyə müraciət etdik.

A.Mirzəzadə hesab edir ki, Rusiya-Türkiyə münasibətlərində yaşanan problemlərdən istifadə edən bəzi qüvvələrin təxribat xarakterli hərəkətidir: "Tarixi sənədlər heç vaxt səhv ola bilməz. Həmin dövrdə Qars müqaviləsinin bağlanması Rusiyanın maraqlarına cavab verirdi. Xarici işlər naziri olmuş Çiçerin Leninə məktub yazaraq Qars müqaviləsinin bağlanması üçün türklərin razılığını zorla aldıqlarını qeyd edib. Bu gün həmin müqavilənin ləğvi məsələsi gündəmə gəlsə, bir çox faktorlara yenidən baxılmalıdır. Qars müqaviləsi ondan öncə bağlanmış Mudros sülh müqaviləsinin bir növ davamı idi. O zaman Türkiyənin nümayəndəliyi İrəvanda otutururdu və Rusiya ilə Türkiyə arasında tez-tez ərazi mübahisələri olurdu. Qars müqaviləsindən sonra narazılıq aradan qalxdı.

A.Mirzəzadəyə görə, Rusiyaya məxsus qırıcı vurulandan sonra iki ölkə arasında yaşanan gərginlikdən bəzi qüvvələr istifadə etməyə çalışır: "İnanmıram ki, Rusiya hakimiyyəti bu təxribata getsin. Qars müqaviləsinin ləğvi məsələsini qaldıranlar ilk növbədə Rusiyaya zərbə vururlar. Bunu Rusiya tarixçiləri və hüquqşünasları yaxşı bilirlər".

Qeyd edək ki, 1921-ci il martın 16-da imzalanmış Moskva müqaviləsinin şərtlərinə əsasən Naxçıvan Azərbaycanın himayəsi altında muxtar ərazi statusuna malikdir. Habelə Azərbaycanın Naxçıvanın himayəsini üçüncü dövlətə güzəştə getməməsi barədə maddə də yer alır. Bu müqavilənin müddəalarının icrası üçün 1921-ci il oktyabrın 13-də Qars müqaviləsi (müddətsiz) imzalanıb.

Ruslan


Müəllif:

Oxşar xəbərlər