10 İyun 2014 18:00
995
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhkəmə azərbaycanlı Əhməd İmanquliyevin namizədliyini təsdiqləyib

Gürcüstanın müxalif Vahid Milli Hərəkat Partiyasının tərəfindən Marneuli Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə namizədliyi irəli sürülmüş azərbaycanlı Əhməd İmanquliyevin namizədliyi məhkəmə yolu ilə təsdiqlənib və o seçkilərə buraxılıb.

Bu barədə "Şərq"ə ekskuliziv açıqlamasında İmanquliyevin ictimai vəkili, "Qeyrət" Xalq Hərəkatının sədri Əlibala Əsgərov məlumat verib. Ə.Əsgərov bildirib ki, Gürcüstan Mərkəzi Seçki Komissiyası tərəfindən namizədliyi qeydə alınmadığına görə, məhkəməyə müraciət olunub. Bu gün keçirilən məhkəmə prosesində, MSK-nın qərarı səhv sayılıb: "Məhkəmənin qərarı MSK-ya təqdim edildikdən sonra İmanquliyev seçkilərə buraxıldı. Biz inanırıq ki, 78 faiz seçicisi olan borçalılar İmanquliyevə səs verəcəklər, Marneulinin yeni icra başçısı azərbaycanlı olacaq".

Qeyd edək ki, Əhməd İmanquliyevin namizədliyi Gürcüstan MSK tərəfindən qeydə alınmamışdı. Səbəb kimi isə, onun bir müddət ölkədə olmadığı göstərilmişdi. Bundan sonra isə qərara etiraz edən Borçalıdakı həmyerlilərimiz aksiya keçirdilər.

Xatırladaq ki, Ə.İmanquliyev Gürcüstanda icra başçılığı postuna yeganə azərbaycanlı namizəddir.


Müəllif: