UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevardın fəaliyyəti başa çatıb.
Teleqraf.com-un məlumatına görə, xarici işlər naziri Elmar Məmmədyarov bu münasibətlə M.Herevardı qəbul edib.
Görüşdə Azərbaycanla UNİCEF arasındakı əməkdaşlıq münasibətlərinin səviyyəsindən məmnunluq bildirilib. Həmçinin, görüşdə tərəflər əməkdaşlığın bundan sonra da davam etdirilməsi üçün geniş imkanların olduğunu qeyd ediblər.
E.Məmmədyarov Azərbaycanla UNİCEF arasındakı əməkdaşlığın inkişafına verdiyi töhfəyə görə M.Herevarda təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Səxavət