10 Fevral 2016 19:44
958
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Erməni Milli Komitəsi (ANCA) Ağ Evdən Dağlıq Qarabağa maliyyə yardımının artırılmasını tələb edib.

Publika.az xəbər verir ki, ANCA 2017-ci il ABŞ büdcəsində xarici yardımlar üçün nəzərdə tutulan məbləğdən narazıdır.

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama Ermənistana iqtisadi yardım kimi 22 milyon 412 min dollar verməyi təklif etdi. Bu ötən ilki məbləğlə müqayisədə 22 faiz çoxdur.

Lakin bu məbləğ ANCA-nın istədiyindən azdır. Belə ki, Amerika erməni təşkilatı 40 milyon ABŞ dolları civarında yardım istəyir.

“Biz Azərbaycanın hərbi gücünü artırmasından və cəbhədə yaşanan gərginlikdən narahatıq”, - deyə ANCA rəhbəri Aram Hamparian bəyan edib.

Onun istəyinə görə, ABŞ Dağlıq Qarabağa ən azı 5 milyon dollar pul ayırmalıdır və bu məbləğ yalnız müdafiə xərclərinə sərf olunmalıdır: “Bununla yanaşı, Stepanakertdə (Xənkəndi) əlil uşaqlar üçün reabilitasiya mərkəzi yaradılmalıdır”.


Müəllif:

Oxşar xəbərlər