Azərbaycanla əlaqələr bizim üçün vacibdir və düşünürük ki, Azərbaycanla Avropa İttifaqı arasında dialoq daha da inkişaf etdirilməlidir.
Trend-in məlumatına görə, bunu Avropa Parlamentinin vitse-prezidenti Rışard Çarnetski deyib.
O qeyd edib ki, Azərbaycana səfərləri Ai ilə Azərbaycan arasında əlaqələrin inkişafına öz töhfəsini verəcək.