12 Fevral 2016 22:52
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Polşanın paytaxtı Varşavada yeni diaspor təşkilatı təsis edilib.

Varşava Texnik Universitetinin konfrans zalında keçirilən tədbirdə Azərbaycanın Polşadakı səfirliyinin nümayəndələri və azərbaycanlı gənclər iştirak ediblər.

Yaradılma ideyası tədbir iştirakçıları tərəfindən irəli sürülən bu təşkilatın "Polşadakı Azərbaycanlı Gənclər Şurası" adı altında fəaliyyət göstərməsi qərara alınıb.

Daha sonra Şuraya sədr seçmək üçün səsvermə keçirilib və nəticədə əvvəllər də Polşada geniş diaspor fəaliyyəti ilə məşgul olan gənc azərbaycanlı tələbə Nail Əhməd sədr seçilib. Yaradılmış Gənclər Şurasının strukturu müəyyənləşdirilib, Rəsul Mammadov və Nəsib İbrahimov müavin seçilib.

Daha sonra tədbir iştirakçıları çıxış edib, fikir mübadiləsi aparıblar. Yeni yaranmış Gənclər Şurasının Diasporla İş Üzrə Dövlət Komitəsi ilə, eləcə də Azərbaycanın Polşadakı səfirliyi ilə sıx əməkdaşlıq edəcəyi vurğulanıb.


Müəllif: