15 Fevral 2016 23:36
631
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Həmişə olduğu kimi, müxalifət yenə gecikib, yenə ictimai-siyasi proseslərin arxasınca sürünməyə cəhd edir. Məsələ ondadır ki, heç ölkəmizdə olan mövcud maliyyə-iqtisadi vəziyyət də onlar tərəfindən düzgün qiymətləndirilmir”.

Teleqraf.com xəbər verir ki, bunu “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu bildirib.

Onun sözlərinə görə, neftin qiymətinin kəskin aşağı düşməsi nəticəsində manatın devalvasiyaya uğramsı və onun yaratdığı bəzi çətinliklər artıq arxada qalıb:

“Azərbaycan hakimiyyəti tərəfindən həyata keçirilən kompleks tədbirlər nəticəsində minimum zərərlə vəziyyət norallaşdırılıb və hazırda bir sıra effektiv addımların görulməsi üçün qanunvericilik bazası yaradılır. Müxalifətin isə hələ təzə yadına düşür ki, nəsə etmək lazımdır. Nə lazımdırsa hökumətimiz edib və edəcək.

Azərbaycanda heç bir böhran yoxdur. Mətbuat vasitəsilə koalisiya yaratmaq haqqında dövriyyəyə yalançı informasiya buraxmaq isə müxalifətçiliyi bir növ imitasiya etməkdir. Koalisiya yaratmaq üçün ilk növbədə müəyyən bir intellektual siyasi təşkilatlanma olmalıdır. Belə resurs və təşkilatlanma isə müxalifətdə yoxdur, heç vaxt olmayib da. Ona gorə də belə informasiyalar sadəcə siyasi gündəmdə qalmağa hesablanıb” .


Müəllif:

Oxşar xəbərlər