16 Fevral 2016 13:45
603
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan NATO-nun etibarlı tərəfdaşıdır.

Bunu Bakıda jurnalistlərə NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay deyib. Onun sözlərinə görə, Azərbaycan xüsusilə enerji təhlükəsizliyi baxımından NATO üçün strateji əhəmiyyət kəsb edir.

Appaturay əlavə edib ki, NATO Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir: "NATO Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinə birbaşa cəlb olunmayıb. Lakin mövqemiz ondan ibarətdir ki, ATƏT-in Minsk qrupunun səylərini və münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik".//Trend


Müəllif: