16 Fevral 2016 13:54
550
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Almaniya ATƏT-in Minsk qrupu çərçivəsində danışıqların intensivləşdirilməsini dəstəkləyir. Bu istiqamətdə ən mühüm addım atəşkəsin pozulması hallarının araşdırılması mexanizminin yaradılması olardı”.

Bunu ATƏT-in fəaliyyətdə olan sədri, Almaniya xarici işlər naziri Frank Valter Ştaynmayer “İnterfaks”a müsahibəsində bildirib.


O bildirib ki, postsovet məkanında mövcud olan münaqişələrin “dondurulmuş” olması fikri ilə razı deyil: “İldən-ilə münaqişədən insanlar əziyyət çəkir, həmin regionlarda inkişaf ləngiyir. Xırda, lakin konkret addımlarla atəşkəs rejimini sabitləşdirməyi, etimadı möhkəmləndirməyi, iqtisadi əlaqələrin gücləndirilməsi yolu ilə insanların gündəlik həyatlarını asanlaşdırmaq istəyirik. Dağlıq Qarabağ münaqişəsi məsələsində bizi Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən silahlı toqquşmalar narahat edir”.

Ştaynmayerin sözlərinə görə, İstanbulun mərkəzindəki dəhşətli terror aktı, habelə Paris və Beyrutda baş vermiş terror hadisələri göstərir ki, heç kim terrorizmdən sığortalanmayıb: “Aydındır ki, heç bir dövlət təkbaşına bu təhdidlə mübarizə apara bilməz. Ona görə də yaxın vaxtlarda ATƏT-ə üzv olan 57 dövlətin iştirakı ilə terror təhdidləri ilə mübarizə potensialını gücləndirməliyik”./APA


Müəllif:

Oxşar xəbərlər