"Sahibkarlığın inkişafı üçün Azərbaycanda bütün şərait var". Bunu Azərbaycan Prezidenti İlham Əliyev Tovuz rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib.
İlham Əliyev bildirib ki, sahibkarlığın inkişafı üçün Azərbaycanda bütün şərait var: “Dövlət isə öz tərəfindən əlavə tədbirlər görəcəkdir. Xüsusilə xaricə ixrac edilən məhsullara təşviq sistemi tətbiq olunacaq. Məhsulu xaricə satan sahibkar dövlət tərəfindən vəsait alacaqdır ki, bu işə daha da həvəs göstərsin, daha da keyfiyyətli məhsul yetişdirsin və ölkəmizə valyuta gəlsin. Çünki bizim əsas valyuta mənbəyimiz neft və qazdır, bu da azalıbdır. Ona görə, biz gərək qeyri-neft sektoru hesabına ölkəmizə valyuta axınını təmin edək və bu sahədə əlbəttə ki, kənd təsərrüfatı birinci yerdədir. Mən sizə yeni uğurlar arzulayıram”.