18 Fevral 2016 11:06
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Terrorun Kandildə deyil Suriya ərazisində planlaşdırıldığı məlum olarsa, Türkiyə ordusunun bu ölkəyə müdaxiləsi və ya ən azı silahlı kürdlərin ərazilərini daha intensiv şəkildə bombalaması aktuallaşacaq".

Teleqraf.com xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu Ankarada 28 nəfərin ölümü, 61 nəfərin yaralanması ilə nəticələnən terror aktına münasibət bildirərkən qeyd edib.

E.Şahinoğlunun sözlərinə görə, terrorçular İstanbuldan sonra Ankaranı da vurdular: "Terrorçular əvvəllər paytaxta bu qədərə yaxınlaşa bilməzdilər. Çünki Ankarada təhlükəsizlik tədbirləri daha üst səviyyədədir. Ancaq terrorçular bu maneəni də aşdılar. Demək, terroru planlayanlar və onların arxasındakılar qarşılarına böyük hədəflər qoyublar. Baş nazir Əhməd Davudoğlu Brüsselə, Cumhurbaşqanı Rəcəb Təyyub Ərdoğan isə Azərbaycana səfərlərini təxirə saldılar. PKK əvvəlkitək xarici dövlətlərin əlində alətdir. Terrorun Kandildə deyil Suriya ərazisində planlaşdırıldığı məlum olarsa, Türkiyə ordusunun bu ölkəyə müdaxiləsi və ya ən azı silahlı kürdlərin ərazilərini daha intensiv şəkildə bombalaması aktuallaşacaq. Bəlkə də elə bu partlayışı törədənlərin və planlaşdıranların geosiyasi məqsədi Türkiyə-Rusiya toqquşmasını bir az daha yaxınlaşdırmaqdır. Bunu arzulayan iki qüvvə var: PKK, onun Suriyadakı törəmələri və DAİŞ (İŞİD). ABŞ Suriyadakı silahlı kürdlərə dəstəyindən əl çəkməsə Ankara-Vaşinqton münasibətlərində də sualların sayı artacaq".

Ayxan


Müəllif: