18 Fevral 2016 12:05
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyənin strateji və siyasi önəm daşıyan şəhəri Ankarada terror hadisəsinin baş verməsi bütünlükdə Türkiyəyə açıq mesajdır. “Biz sizə daxildə Suriya faciəsini yaşadarıq”, “sizin paytaxtınızda terror törətmək gücünə sahibik” demək istəyir terrorçular. Terrorun baş verdiyi ərazi də məhz mesajlara uyğun olaraq seçilib. Türkiyə Parlamentinə, Maliyə Nazirliyinə, Silahlı Qüvvələrin Baş Qərargahına, Hərbi Hava Qüvvələri Mərkəzinə, ən əsası da Hərbi Hava Qüvvələri zabitlərinin yaşayış kompleksinə yaxin ərazinin seçilməsi daxildən terrorçulara bilgi sızdırılmasının əsas göstəricisidir".

Teleqraf.com xəbər verir ki, bu barədə politoloq Fərrux Məmmədov Ankarada 28 nəfərin ölümü, 61 nəfərin yaralanması ilə nəticələnən terror aktına münasibət bildirərkən qeyd edib.

Onun sözlərinə görə, bu əraziler strateji önəm daşıdığı üçün həm polisin, həm də təhlükəsizlik güclərinin xüsusi nəzarəti altındadır: "Güclü təhlükəsizlik tədbirlərinə baxmayaraq orada terrorun baş verməsi içəridə xainlərin olmasına heç bir şübhə yeri qoymur. Türkiyə kəşfiyyatının məsələni qısa zamanda üzə çıxaracağı bildirilir. Artıq Türkiyə rəsmilərinin ilk açıqlamalarından 28 nəfərin ölümünə, 61 nəfərin yaralanmasına səbəb olan terrorun köklərinin Suriyada olduğu dilə gətirilir. Ancaq sifarişçinin kim olduğunu bilmək çətindir.

Bu, piramidaya bənzər bir oyundur. Piramidanın alt və üst qatlarındakılar bir-birlərini tanımır. Vasitəçiləri çoxluğu isə sifarişçinin kimliyi ilə çox sayda versiyanın üzə çıxmasına yol açır. Praktika göstərir ki, sifarişçilər terror həyata keçirildikdən sonra vasitəçiləri aradan götürür. Bu səbəbdən Türkiyə kəşfiyyatının dəqiq ünvana çatması prosesinin heç də asan olmayacağını söyləmək mümkündür".

F.Məmmədov bildirib ki, konkret qüvvəni, ölkəni açıq dəlillərlə ittiham etmək çətin olsa da, terrorun arxasında Suriya, Rusiya, İranın əlinin olmsı ehtimalı yüksəkdir: "Eyni zamanda daxildə terrorun həyata keçirilməsinə bütün vasitələrlə yardım edən bir gücdən söhbət gedir. İndi Türkiyə kəşfiyyatının aydınlaşdırmalı olduğu əsas məsələ Hərbi Hava Qüvvələri zabitlərinin həmin vaxt həmin ərazidən keməsini terror şəbəkəsinə bildirənlərin tapılmasıdır. Deməli, Türkiyə Silahlı Qüvvələrində və Ankaranın təhlükəsizliyini təmin edən xüsusi idarədə vətənə xəyanət edərək xarici kəşfiyyatla işbirliyi içərisində olanlar var. Çünki hərbçilərin hərəkət xəritəsini bilən yeganə qurum xüsusi idarədir.

Ankara terrorunun ökədə ciddi təşviş yaratdığı şübhəsizdir. Bu, eyni zamanda Türkiyə kəşfiyyatında ciddi boşluqlar olduğunun göstəricisidir. Türkiyənin regionda söz sahibi olmasını istəməyən qüvvələr çoxdur. Bugünkü mübarizə Türkiyəni gücsüz hala gətirmək, ölkəni daxili problemlərlə məşğul edərək onun regiondakı proseslərə müdaxiləsini minimuma endirməkdir. Türkiyə yaxın tarixinin ən çətin, ən həssas günlərini yaşayır. Hökumət ehtiyatlı siyasət yürütməzsə, terrorun genişlənməsini şahdi olacağıq".

Ayxan


Müəllif:

Oxşar xəbərlər