11 İyun 2014 14:26
969
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gürcüstanın xalq artisti, müğənni, rejissor, ssenarist və aktyor Vaxtanq Kikabidze Ermənistana gedib.

Teleqraf.com erməni mətbuatına istinadən xəbər verir ki, məşhur gürcü İrəvan şəhərinin meri Taron Markaryan tərəfindən qəbul edilib. Qonağı 75 illiyi münasibətilə təbrik edən mer deyib:

“Biz Sizin yaradıcılıq yolunuzu, həmçinin erməni və gürcü xalqları arasında dostluğun möhkəmlənməsinə verdiyiniz töhfəni yüksək qiymətləndiririk. Biz Sizi İrəvanda görməyimizə şadıq və əmin olun ki, bizim şəhərimizin qapıları hər zaman Sizin üzünüzə açıq olacaq”.

Daha sonra T.Markaryan V.Kikabidzeni İrəvan meriyasının qızıl medalı ilə təltif edib. Təltif V.Kikabidzenin ənənəvi erməni-gürcü əlaqələrinin möhkəmlənməsinə əhəmiyyətli töhfəsi, mədəniyyət sahəsində ermənilərə çoxillik dostluğu, həmçinin 75 illik yubileyi ilə əsaslandırılıb.

V.Kikabidze isə erməni və gürcü xalqları arasında dostluğun möhkəmlənməsi üçün bundan sonra da mümkün olan hər bir işi görəcəyini təsdiq edib. O, həmçinin erməni xalqına onun yaradıcılığına göstərdiyi hərarətli münasibətə və məhəbbətə görə minnətdarlığını çatdırıb.

Səxavət


Müəllif: