19 Fevral 2016 14:41
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanın Türkiyəyə dəstəyi Bakı və Moskva münasibətlərinə mənfi təsir göstərə bilər".

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bu sözləri Qafqaz üzrə ixtisaslaşan rusiyalı ekspert Andrey Yepifantsev deyib:

"Əgər Azərbaycan Türkiyənin mövqeyini dəstəkləsə, bu, Bakının Rusiya və Qərb ilə münasibətlərinə təhlükə törədə bilər. Belə görünür ki, Azərbaycan öz maraqlarından çox Türkiyənin maraqlarının onun üçün daha sərfəli olduğu situasiyanı gözləyəcək. Rusiyanın Azərbaycan kimi tərəfdaşını itirməsi tez bir zamanda əməli müstəviyə keçəcək".

Ekspertin sözlərinə görə, çox güman ki, Azərbaycanın bu məsələdə mövqeyi neytral olacaq.

Qeyd edək ki, 2011-ci ilin martından başlayan Suriya böhranı nəticəsində 220 min insan həyatını itirib. Səudiyyə Ərəbistanı 34 islam ölkəsinin iştirakı ilə anti-terror koalisiyasının yarandığını bəyan edib. Bir müddət əvvəl Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov açıqlayıb ki, Azərbaycanın bu koalisiyada iştirakı müzakirə edilir.

Samir


Müəllif:

Oxşar xəbərlər