19 Fevral 2016 19:53
579
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycanla Gürcüstan postsovet məkanında eyni siyasi taleyi yaşayan ölkələrdir. Hər iki ölkənin suveren hüquqları və ərazi bütövlüyü pozulub, hər iki ölkə etnik seperatçılıqdan əziyyət çəkir, sovet ordusu hər iki ölkəyə qarşı zorakılıq tətbiq edib, silah işlədib və s. Bütün bunlar baş verərkən hər iki dövlətin yeganə və səmimi müttəfiqi kimi Türkiyə çıxış edib".

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu Gürcüstan, Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin Tbilisidə keçirilən 5-ci üçtərəfli görüşünə münasibət bildirərkən qeyd edib.

Onun sözlərinə görə, hər üç ölkənin bir növ qədər birliyi yaranıb: "İndiki, olduqca mürəkkəb beynəlxalq münasibətlər şəraitində hər üç ölkənin milli maraqları onların birlikdə hərəkət etmələrini tələb edir .Ümid etmək istərdik ki, Gürcüstan ən yeni tatiximizdə baş verən hadisələri unutmayacaq və regionda muxtəlf sahaələr, o cümlədən enerji sahəsində Azərbaycanla cıx əməkdaşlığını davam etdirəcək. Hər halda imzalanan bəyannamədə regional əməkdaşlığın vacibliyi xüsusi vurğulanır. Bu ümidlərimizin doğrulacağına bir işarədir. Bu üçtərəfli əməkdaşlıq tarixi zərurətdən yaranıb və hər üç ölkənin milli maraqlarına cavab verir. Başqa alternativ, xüsusilə regionda sepeatçılığı və terroru dəstəkləyən Ermənistanla əməkdaşlıq heç bir halda Gürcüstanın lehinə ola bilməz. Ona grə də imzalanan bəyannamə tərəflərin uzunmüddətli maraqlarına hesablanıb və olduqca müsbət haldr".

Ruslan


Müəllif:

Oxşar xəbərlər